Azərbaycan çempionu Gürcüstanın “Tbilisi Universiteti” komandası ilə qarşılaşacaq
Oktyabrın 11-də Makedoniyada futzal üzrə UEFA kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində ikinci qrupda mübarizəyə start verilir.

Azərbaycan çempionu “Araz” turnirdə yerli “Jelezareç”, Gürcüstanın “Tbilisi Universiteti” və Kosovanın "Feniks" klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu ilk turda Gürcüstan təmsilçisi ilə qarşılaşacaq. Baş məşqçi Miltinyo Makedoniyada Anar Məmmədov, Rövşən Hüseynli, Emin Kürdov, Oqtay Rüstəmli, Eduardo, Rizvan Fərzəliyev, Vassura, Everton Kardoso, Fabio Poletto, Tyaqu, Fineo, Ramiz Çovdarov, Xətai Bağırov və İsa Atayevin xidmətindən yararlanacaq.

Xəbər 1803 dəfə oxundu.