Prosineçki millimizin start heyətini dəyişdi
Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı oyun üçün start heyəti müəyyənləşib. Baş məşqçi Robert Prosineçki sabah ilk dəqiqələrdən bu heyəti meydana buraxacağını açıqlayıb:

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Rəşad Sadıqov (zədəsi olan kapitan son məşqdə özünü pis hiss etsə, onu Bədavi Hüseynov əvəz edəcək), Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Namiq Ələsgərov, Ramil Şeydayev, Ruslan Qurbanov.

Qeyd edək ki, Çexiya - Azərbaycan matçı sabah saat 22:45-də start götürəcək.

Xəbər 745 dəfə oxundu.