Kəpəz İnterə qalib gəldi
Premyer Liqada yaranmış fasilədən istifadə edən "Kəpəz" bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Gəncə klubu Bakıda "İnter"in əvəzedici komandası ilə qarşılaşıb.

"İnter Arena"da keçirilən oyunda qapılara 6 qol vurulub. Sonda meydanı qələbə ilə tərk edən isə "Kəpəz" olub - 4:2. Gəncəlilərin heyətində Serjinyo, Dario Federiko, Nicat Qurbanov və Kərim Diniyev fərqlənib. "İnter"in qollarını isə Murad Qayalı və Əlibəy Məmmədli vurub.

Xəbər 737 dəfə oxundu.