Araz UEFA Kuboku üçün heyətini açıqladı
Sabah Makedoniyada futzal üzrə UEFA Kubokunun seçmə mərhələsi çərçivəsində 2-ci qrupda mübarizəyə start veriləcək. Azərbaycan çempionu "Araz" bu turnirdə yerli "Jelezareç", Gürcüstanın "Tiflis Universiteti" və Kosovonun "Feniks" klubları ilə mübarizə aparacaq.

Azərbaycan çempionu ilk turda Gürcüstan təmsilçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, baş məşqçi Miltinyo Makedoniyada bu oyunçuların xidmətindən yararlanacaq: Anar Məmmədov, Rövşən Hüseynli, Emin Kürdov, Oqtay Rüstəmli, Eduardo, Rizvan Fərzəliyev, Vassura, Everton Kardoso, Fabio Poletto, Tyaqu, Fineo, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev.

Xəbər 849 dəfə oxundu.