Cüdoçularımız Daşkənd Qran-prisini 2 medalla başa vurublar
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri yarışlarına yekun vurulub.

Azərbaycan milli komandası mötəbər turnirdə növbəti medallarını qazanıb.

Turnirdə 100 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Cəlil Şükürov ilk görüşündə meydan sahibi Erkin Doniyrov üzərində qələbə qazanıb. O, yarımfinalda Türkmənistan təmsilçisi Sahidzhol Saidova qalib gələrək finala yüksəlib. C.Şükürov həlledici görüşdə isə Özbəkistan cüdoçusu Soyib Kurbonova məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Daha bir təmsilçimiz – Rüfət İsmayılov (81 kq) milli komandamıza bürünc medal qazandırıb.

Xəbər 767 dəfə oxundu.