Kapitan kimə çatdı?
Fevralın 24-də Sinqapurla keçirilən yoldaşlıq oyunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov üçün yubileylə əlamətdar olub. İdman.com.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi karyerasında 75-ci dəfə milli formada meydana çıxıb. Bu oyuna qədər millidə 74 matç keçirən Rəşad yubiley görüşünə çıxmaqla, oyun sayında sabiq kapitan Tərlan Əhmədova çatıb. Artıq onların hər ikisinin hesabında 75 oyun var.

Rəşad həm də mütləq rekorda 1 addım da yaxınlaşıb. İndi Sadıqov ən çox milli forma geyinən Aslan Kərimovdan 5, ikinci olan Mahmud Qurbanovdan isə cəmi 1 oyun geri qalır.
Qeyd edək ki, Aslan yığmada 80, Mahmud 76 oyun keçirib. Bu 4 frubolçudan başqa 70 oyun həddini aşa bilən yoxdur.

Xəbər 1058 dəfə oxundu.