Samboçumuz Yaşar Nəcəfov dünya çempionu olub
Rumıniyanın Ployeşti şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi keçirilib.

Cempionatda yeniyetmələrin mübarizəsində Yaşar Nəcəfov (56 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Milli komandamız turnirdə baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışıb.

Xəbər 1590 dəfə oxundu.