Hakimlər bəlli oldu
Qadın arasında Çellenc kubokunun 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər məlum olub. İdman.com.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası fevralın 28-də Azərbaycanda keçiriləcək “Bakı” – “Omiçka” (Rusiya) qarşılaşmasının taleyini slovakiyalı Dusan Doviçoviçə həvalə edib. Ona köməklik etmək isə Qyula Tillmanna (Macarıstan) tapşırılıb.

Bu görüşdən bir gün sonra baş tutacaq “Lokomotiv” (Azərbaycan) – “Brno” (Çex Respublikası) matçını rumıniyalı Mioara Veronika Papadopol və rusiyalı Nikolay Xiznikov idarə edəcəklər.
Qeyd edək ki, ilk matçda hər 2 klubumuz 2:3 hesabı ilə uduzub.

Xəbər 936 dəfə oxundu.