Millimiz Litvaya qalib gəlib, 5-ci qrupu üçüncü pillədə başa vurub
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib. Litva komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.

Qolları Fərid Nəbiyev və Rövlan Muradov vurub.

Qeyd edək ki, Litvanın ev sahibliyi etdiyi bu qrupun əvvəlki oyunlarında millimiz Avstriyaya 1:4, Bosniya-Herseqovinaya isə 1:2 hesabı ilə uduzmuşdu. Bu nəticələrdən sonra yığmamız 5-ci qrupu üçüncü pillədə başa vurub.

Son turun digər oyununda Avstriya Bosniya-Herseqovinaya 3:1 hesabıyla qalib gələrək, qrupun vahid lideri olub.

AÇ-nin seçmə mərhələsi
5-ci qrup
9 oktyabr

Azərbaycan - Litva - 2:0
Qollar: Fərid Nəbiyev, 33. Rövlan Muradov, 45+1.

Azərbaycan: 12. Süleyman Süleymanov, 3. Emil Əliyev, 5. Əli Əliyev, 6. Anton Krivotsyuk, 7. Fərid Nəbiyev (8. Ruslan Hacıyev, 79), 10. Ziya Əzizov, 11. Rövlan Muradov, 13. Hacıağa Hacıyev (k), 17. Murad Xaçayev, 18. Famil Camalov (9. Camal Camalov, 76), 20. Ömər Buludov (2. Amin Seydiyev, 90+1).

Ehtiyat oyunçular: 1. Elnur Orucov (k), 14. Yusif Cəfərov, 19. Tural Bayramlı.
Baş məşqçi: Nazim Süleymanov.

Litva: 12. Titas Krapikas, 4. Tadas Paulikas, 5. Martynas Medelinskas, 6. Linas Mėgelaitis (k), 8. Dominikas Kubilinskas (9. Domantas Vitkus, 46), 10. Ernestas Stoçkunas, 13. Julius Momkus (7. Vilius Giedraitis, 78), 14. Edvinas Kloniunas, 15. Rokas Lekiatas, 16. Eligijus Jankauskas, 18. Deyvidas Şeşplaukis (17. Djiugas Sunelaitis, 46).

Ehtiyat oyunçular: 1. Ovidijus Şiaulys, 2. Matas Voronko, 11. Erik Motuz.
Baş məşqçi: Svajunas Çesnulis.

Xəbər 791 dəfə oxundu.