Hollivud ulduzu millimizin məşqini izləyib
Futbol üzrə Azərbaycan milli komandasının Bakı Olimpiya Stadionunda mətbuat və azarkeşlər üçün açıq məşqi keçirilib.

AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla assosiasiya rəsmiləri ilə yanaşı, dünya şöhrətli kinoaktyor Stiven Siqal da məşqi izləyənlər arasında olub.

Bakıda səfərdə olan hollivud ulduzu AFFA rəhbərliyi ilə fikir mübadiləsi aparıb və millimizin üzvləri ilə xatirə şəkli çəkdirib.

Xəbər 668 dəfə oxundu.