Finlandiya-Azərbaycan oyununda qalib müəyyənləşməyib
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Helsinki şəhərində Finlandiya komandası ilə qarşılaşan yığmamız 0:0 hesablı heç-heçə etməklə seçmə mərhələni 9 xalla başa vurub.

Yığmamızın qrupda tutacağı yer keçirilən digər oyunlar yekunlaşdıqdan sonra müəyyənləşəcək.

Xəbər 780 dəfə oxundu.