AFFA divizion klublarının cəzasını açıqladı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, Aparılan müzakirələrdən sonra Birinci Divizionun 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Qaradağ Lökbatan” – “Şərurspor” matçında “Şərurspor”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

MOİK – “Şahdağ” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Viqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Energetik” – “Səbail” matçında “Energetik” və “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 54-cü dəqiqəsində “Energetik”in futbolçusu Kamran Lalayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Səbail”in futbolçusu Ramazan Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Şəmkir” – “Turan Tovuz” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

“Bakılı” – “Zaqatala” matçında “Bakılı” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 400 manat cərimə olunub.

Xəbər 775 dəfə oxundu.