Norveç yığması Bakıda
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Norveç komandası bu gecə Bakıya gəlib. Qonaqlar dərhal onlar üçün ayrılmış otelə yollanıblar.

Bu gün norveçlilərin matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda son məşqi olacaq. Eyni zamanda baş məşqçi Per-Matias Hoqmo jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, Azərbaycan - Norveç matçı sabah saat 20:00-da start götürəcək.

Xəbər 833 dəfə oxundu.