Azərbaycanın U-19 komandası Bosniya və Herseqovina yığması ilə qarşılaşıb | |
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib. Litvanın Marijampole şəhərindəki eyniadlı stadionda Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Murad Xaçayev fərqlənib. Futbolçularımız qrupda son oyununu oktyabrın 9-da saat 15.00-da Litva yığmasına qarşı keçirəcək. |
|
Xəbər 781 dəfə oxundu. |
|
|