Avropa çempionatında ölkəmizi hansı bahadırlar təmsil edəcəklər?
6-11 martda Serbiya paytaxtı Belqradda güləşçilər arasında Avropa çempionatı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, bu gün mötəbər yarışda iştirak edəcək pəzləvanların adları məlum olub. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə millimizin heyəti Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Namiq Əliyev tərəfindən açıqlanıb.

«Sərbəstlər»in mübarizəsində məşqçilər korpusu Qalib Əliyev (55 kq), Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Aleksandr Qostiyev (74 kq), İlya Xamikoyev (84 kq), Novruz Temrezov (96 kq) və Cəmaləddin Məhəmmədova (120 kq) şans veriblər. Komandamıza baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayev nəzarət edəcəklər.

Qadın güləşi üzrə yığmamızın heyətində Marziget Baqomedova (48 kq), Fatimə Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Nadejda Sementsova (67 kq) və Natalya Palamarçuk (72 kq) yer alıblar. Millimizi çempionata baş məşqçi Rövşən Umudov, böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfov hazırlaşdırırlar.

Yunan-Roma güləşi üzrə seçməmizin məşqçilər heyəti Saleh Bora, Şaban Donat, Mütəlib Yerliqaya və Turac Hüseynov əsasən, «birinci nömrələr»in xidmətindən yararlanacaq. Sözü gedən mübarizədə bu proqramda ölkəmizi Elçin Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Vitali Rəhimov (66 kq), Elvin Mürsəliyev (74 kq), Saman Təhmasibi 84 kq, Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadəyə (120 kq) təmsil edəcəklər.

Xəbər 1081 dəfə oxundu.