Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya oyunlarında ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini XXVIII Yay Olimpiya oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:
1. XXVIII Yay Olimpiya oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:
- birinci yeri tutan hər bir idmançıya 500 milyon manat, onun məşqçisinə isə 250 milyon manat məbləğində;
- ikinci yeri tutan hər bir idmançıya 250 milyon manat, onun məşqçisinə isə 125 milyon manat məbləğində;
- üçüncü yeri tutan hər bir idmançıya 120 milyon manat, onun məşqçisinə isə 60 milyon manat məbləğində.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust 2004-cü il.

Xəbər 1087 dəfə oxundu.