«Ay-ulduzlular»ımızla görüşdən qabaq uduzdular
Azərbaycan milli komandasının Dubayda təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı Hindistan və Fələstin yığmaları darmadağınla üzləşiblər. İdman.com.az saytının məlumatına görə, «ay-ulduzlular»ımızla yoxlama matçı keçirəcək asiyalılar böyük hesabla uduzublar.

Belə ki, hindistanlılar Oman millisi ilə üz-üzə gəliblər və 1:5 hesabı ilə məğlub olublar. Fələstin isə, Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə gücünü yoxlayıb. Oyunda ikincilər 3:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Dubayda ilk matçında Sinqapurla heç-heçə edən (2:2) millimiz fevralın 27-də Hindistanla, 2 gün sonra Fələstinlə qarşılaşacaq.

Xəbər 1005 dəfə oxundu.