Azərbaycanın U-21 komandası Almaniyada hazırlıq keçir
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 7-də səfərdə Finlandiya komandası ilə qarşılaşacaq Azərbaycan yığması Almaniyanın Frankfurt şəhərinə təlim-məşq toplanışına yollanıb.

Komandanın düşərgəsinə Rahil Məmmədov, Fəhmin Muradbəyli (hər ikisi “Neftçi”), Mahir Mədətov, Şahrudin Maqomedaliyev (hər ikisi “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Sadiq Quliyev (hər üçü “Qəbələ”), Vüqar Mustafayev (“Zirə”), Tural Hümbətov, Kamal Mirzəyev, Rəşad Əzizli, Qvanzav Maqomedov (hamısı AZAL), Taşkın Sertan, Abbas Hüseynov (hər ikisi “İnter”), Orxan Əliyev (“Kəpəz”), Azər Salahlı, Tərlan Əhmədli, Yusif Nəbiyev (hər üçü “Sumqayıt”), Elnur Cəfərov (“NK Dugopolje”, Xorvatiya), Taşkın İlter (“Denizlispor”, Türkiyə) və Budaq Nəsirov (“Sportinq”, Portuqaliya) dəvət olunublar.

Xəbər 674 dəfə oxundu.