Çexiya - Azərbaycan matçının da hakimləri bilindi
Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirəcəyi qarşılaşmanın hakim təyinatları açıqlanıb. Bu matçı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Matey Yuq olacaq. Ona yan xətt hakimləri Tomaş Klaçnik və Manuel Vidali kömək edəcək. Dördüncü hakim funksiyasını Mitay Jqaniç yerinə yetirəcək.

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu oktyabrın 11-də Ostrava şəhərindəki "Vitkoviçe" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər 718 dəfə oxundu.