Luis Saha MY-nin futbol məktəbində
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Mançester Yunayted"in əfsanəvi oyunçusu Luis Saha “Bakcell” və “AFFA”nın dəvəti ilə Azərbaycana gəlib. Məşhur hücumçu Bakıdakı "Mançester Yunayted" Futbol Məktəbinin qonağı olub, gənc futbolçular və onların valideynləri ilə görüşüb.

Luis görüşdə futbolun sirləri, uğura aparan yol və "Mançester Yunayted"lə bağlı olan xatirələrini bölüşüb. Dərs otağındakı seminardan sonra veteran futbolçu yeniyetmələrin məşq prosesini izləyib, futbol oynayıb və daha sonra isə xatirə şəkili çəkdirib.

Qeyd edək ki, Luis Saha 2004-2008-ci illərdə "Mançester Yunayted" klubunun şərəfini qoruyub. O, 86 oyunda 28 qol vurub. Hal-hazırda da veretan futbolçu kimi klubun uğurları üçün çalışır.

Xəbər 713 dəfə oxundu.