Say 173-ə çatdı
Fevralın 24-də Sinqapur milli komandası ilə qarşılaşan Azərbaycan yığmasının heyətində debütant futbolçular meydana çıxıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu matçadək keçirilən 181 görüşdə 170 futbolçu meydana çıxmışdısa, Dubaydakı qarşılaşmada bu rəqəm artıb.

Belə ki, Berti Foqts təkcə bu matçda 3 oyunçuya debüt etmək şansı verib. Bunlardan ikisi – Rizvan Umarov və Vüqar Əsgərov start heyətində yer alıb. Digəri – Murad Ağayev isə fasilədən dərhal sonra meydana daxil olub. Bununla da milli forma geyən oyunçularımızın ümumi sayı 173-ə çatıb.

Qeyd edək ki, Dubaya aparılmaq üçün açıqlanan 26 nəfərlik heyətdə Anar Nəzirov, Hacı Əhmədov, Arif Daşdəmirov, Murad Ağayev, Vüqar Əsgərov, Cihan Öqkara və Rizvan Umarov debütantdırlar. Sinqapurla görüşdə meydana çıxmayan Nəzirov, Daşdəmirov, Əhmədov, Özqara debüt üçün növbəti qarşılaşmaları gözləməlidir. Cihan üçün bu yalnız fevralın 29-da Fələstinlə görüşdə gerçəkləşə bilərsə, digərləri artıq ayın 27-də Hindistanla matçda “siftə” edə bilər.

Xəbər 1061 dəfə oxundu.