İntizam Komitəsinin qərarları
30 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının VII turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 90+1-ci dəqiqəsində “İnter” klubunun texniki zonasından meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

1 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının VII turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

1 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının VII turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 57-ci və 78-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

2 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Qarabağ” matçının 40 -cı dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
29 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

1 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Qəbələ” – “Qarabağ” matçında “Qarabağ” klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

28 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Zaqatala” – “Şəmkir” matçında “Şəmkir” klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

28 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Rəvan” – “Bakılı” matçında “Rəvan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

28 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Şərurspor” – MOİK matçında MOİK klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 86-cı dəqiqəsində MOİK klubunun 22 №-li futbolçusu Sənan Bayramzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

29 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçında “Ağsu” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 38 №-li futbolçusu Mübarək Şahquliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).

30 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Şahdağ” – “Mil-Muğan” matçının 75-ci dəqiqəsində “Mil-Muğan” klubunun 4 №-li futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

21 sentyabr 2016-cı il U-19 Liqasında “Şərurspor” – “Kəpəz” matçının 84-cü dəqiqəsində “Kəpəz” klubunun 6 №-li futbolçusu Cəlal Həşimov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).

23 sentyabr 2016-cı il U-19 Liqasında “Sumqayıt” – “Qəbələ” matçının 45+1-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Tural Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 45+1-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Miremil Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 66-cı dəqiqəsində “Qəbələ” klubunun 11 №-li futbolçusu Cavidan Qasımlı rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).

28 sentyabr 2016-cı il U-19 Liqasında “Turan Tovuz” – “Qarabağ” matçının 72-ci dəqiqəsində “Qarabağ” klubunun 7 №-li futbolçusu Turan Manafov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 85-ci dəqiqəsində “Turan Tovuz” klubunun 10 №-li futbolçusu Nicat Sadıqov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

27 sentyabr 2016-cı il Bakcell U-17 Liqasında “Xəzər Lənkəran” – “Vətən RİOEUG” matçının 90+1-ci dəqiqəsində “Vətən RİOEUG” klubunun 4 №-li futbolçusu Hüseyn Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

2 oktyabr 2016-cı il U-14 Liqasının “Sumqayıt” – “Xəzri” İK matçında “Xəzri” İK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

2 oktyabr 2016-cı il U-14 Liqasının UGİM-Olimpik (Qusar) – MOK (Xaçmaz) matçında MOK komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Xəbər 773 dəfə oxundu.