Neftçi yoxlama oyunu üçün rəqib tapdı
Yığma komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən maksimum yararlanmağı hədəfləyən "Neftçi" sabahdan etibarən məşqlərə start verəcək. Baş məşqçi Elxan Abdullayev Azərbaycan millisinin düşərgəsinə yollandığından, komandanı onun köməkçiləri hazırlaşdıracaq.

Abdullayev "ağ-qaralar"ın fasilə dövründəki hazırlıq planını da tərtib edib. Hazırlıq prosesi çərçivəsində "Neftçi" oktyabrın 8-də yoxlama oyunu keçirəcək. Rəqib Premyer Liqanın digər təmsilçisi "Sumqayıt" olacaq. Qarşılaşma Sumqayıtda, "Kapital Bank Arena"da baş tutacaq və saat 16:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın 8-ci turunda "Zirə" ilə qarşılaşacaq.

Xəbər 763 dəfə oxundu.