Yelena İsinbayevadan növbəti rekord
Rusiyanın titullu atleti Yelena İsinbayeva dünya rekordunu yeniləyib. İdman.com.az saytı xəbər verir ki, idmançı İsveç paytaxtı Stokholmda keçirilmiş beynəlxalq “XL-Galan” turnirində şüvüllə 5,01 metrə tullanaraq, karyerası ərzində 28-ci dünya rekordunu vurub. O, son uğurlu nəticəni 2 il öncə Donetsk şəhərində göstərib. İndiki göstərici o vaxtkından 1 sm yaxşıdır.

Xatırladaq ki, Yelena İsinbayeva örtülü zalda 3 dəfə dünya çempionu olub. «Rus gözəlçə» Afinada və Pekində olimpiadalarının da qalibidir. Son «dördillik»dən sonra karyerasını bitirdiyini elan edən titullu atlet, bir müddət sonra fikrindən daşınaraq, böyük idmana qayıdıb. O, mütləq rekorda açıq havada keçirilmiş şüvüllə tullanma yarışında nail olub (5,06 metr).

Xəbər 1385 dəfə oxundu.