Görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsi yad olunub
Vüqar Həşimov Akademiyasının açılış mərasimində iştirak edən qonaqlar, mərhumun yaxınları, Azərbaycan Şahmat Federasiyasının əməkdaşları, milli komandaların üzvləri və idman ictimaiyyətinin nümayəndələri oktyabrın 1-də əvvəlcə ikinci Fəxri xiyabana gəliblər.

Azərbaycanın görkəmli qrossmeysteri Vüqar Həşimovun məzarını ziyarət edənlər onunla bağlı xoş xatirələrindən danışıblar.

Mərhumun məzarı önünə əkil qoyulub, xatirəsi ehtiramla yad olunub.

Xəbər 692 dəfə oxundu.