Foqts: “İstəməzdik ki, uzatma dəqiqəsində qol buraxaq”
“Oyunda qalib gəlməyə yaxın idik. Ancaq sonradan buraxdığımız 2 qol buna imkan vermədi”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözü Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis millimizin cari ildə keçirdiyi ilk oyunda - Sinqapur yığması ilə Dubaydakı təlim-məşq toplanışında 2:2 hesablı heç-heçə etdiyimiz yoldaşlıq görüşü ilə bağlı fikrini açıqlayıb. Foqts, qələbəni son saniyələrdə əldən verdiyimizə görə üzülüb:

“Əlbəttə, istəməzdik ki, uzatma dəqiqəsində qol buraxıb, qələbəni qaçıraq. Bunun üzərində işləməyimiz lazımdır. Daha çox təcrübəli futbolçulardan narazı qaldım. Deyə bilmərəm ki. gənclərin hamısından razı qaldım. Debütant Vüqar Əsgərovun oyun praktikası sarıdan korluq çəkməyi öz sözünü dedi. Latviya çempionatında çıxış edən bu gənc hücumçu 2 aydır oynamır”.

Xəbər 875 dəfə oxundu.