Stritbol üzrə turnirin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2000-2002 və 2003-2005-cü illər təvəllüdlü oğlanlar arasında stritbol üzrə turnir keçirilib.

Oyunlar Səbail rayonu 91 nömrəli tam orta məktəbin idman meydançasında keçirilib.

Yarışda hər yaş qrupu üzrə 12 komanda tərkibində 72 idmançı iştirak edib.

2000-2002-ci il təvəllüdlü oğlanlar arasında yarışda “Ulduz”, 2002-2004-cü il təvəllüdlülərin mübarizəsində isə “Sahil” komandaları qızıl medal qazanıblar.

Yarışın sonunda mükafatçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 869 dəfə oxundu.