“Pirelli” Yaponiya Qran-prisi üçün sürücülərin təkər seçimini açıqlayıb
“Formula-1” yarışlarının reqlamentə əsasən, “Pirelli” şirkəti səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir.

İdman.com.az saytının F-1.az saytına istinadən verdiyi xəbərə görə, bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini Beynəlxalq Avtomobil Federasiyasına bildirirlər. Federasiya isə “Pirelli”dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Yaponiya Qran-prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb. Gələn həftənin sonunda baş tutacaq yarışa “Pirelli” elə bu həftə Malayziyada olduğu kimi ən bərk üçlüyü – “Hard”, “Medium” və “Soft” tərkiblərini gətirəcək.

Komandalar sarı (Soft) təkərlərə üstünlük veriblər. Sebastian Fettelin (“Ferrari”) seçimi isə hamını təəccübləndirib. Belə ki, almaniyalı sürücü cəmi bir dəst Medium seçib.

Xəbər 690 dəfə oxundu.