Bakının “Telekom” voleybol klubu İstanbulda beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası İstanbulda “Boğaziçi” beynəlxalq turnirinə qələbə ilə başlayıb.

“A” qrupunda yer alan “Telekom” komandası “Sarıyer Bələdiyyəsi” ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Telekom” növbəti oyununu “Beşiktaş”a qarşı keçirəcək.

Yarışda Bakı təmsilçisi ilə yanaşı, daha 5 klub yeni mövsüm üçün oyunçularını sınaqdan keçirir. Qonşu ölkədə yerli komandalardan “Əczaçıbaşı”, “Beşiktaş”, “Çanakkale Bələdiyyəsi”, “Halkbank” və “Sarıyer Bələdiyyəsi” Zoran Qayiçin yetirmələrinin rəqibləridir.

Xəbər 761 dəfə oxundu.