Qəbələ Maynts ilə qarşılaşacaq
Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək. Azərbaycan təmsilçisi “Qəbələ” də qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində növbəti matçına çıxacaq.

Roman Qriqorçukun çalışdırdığı komanda doğma meydanda Almaniyanın “Maynts” klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, "Qəbələ" ilk turda səfərdə Belçikanın “Anderelxt” klubuna məğlub olub - 1:3.

Avropa Liqası
Qrup mərhələsinin 2-ci turu
C qrupu

19:00. “Qəbələ” – “Maynts”
Baş hakim: Gediminas Majeyka (Litva).
Bakı. "Bakcell Arena".

Xəbər 641 dəfə oxundu.