AFFA-nın əməkdaşı UEFA tərəfindən yeni təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva UEFA tərəfindən yeni təyinat alıb.

K.Mehtiyeva qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasında keçiriləcək BIIK-Kazygurt (Qazaxıstan) – ASD CF Verona (İtaliya) futbol oyununun UEFA nümayəndəsi olacaq.

Matç oktyabrın 5-də Qazaxıstanın Şımkent şəhərində keçiriləcək.

Xəbər 797 dəfə oxundu.