“Cüdo TV” fəaliyyətə başlayıb
Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası - “Cüdo TV” fəaliyyətə başlayıb.

“Cüdo TV”də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq. Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə proqram efirə veriləcək.

Xəbər 905 dəfə oxundu.