Həmyerlilərimiz İsveçdə futbol komandası yaradıblar
Paytaxt Stokholmda İsveç Azərbaycanlıları Konqresi yeni futbol komandası yaradıb.

Bu barədə jurnalistlərə açıqlamasında azərbaycanlı futbol veteranı İqor Ponomaryov bildirib.

Onun məlumatına görə, komanda “Stokholm-Neftçi” adlandırılıb. İ. Ponomaryov qeyd edib ki, ilk addımlarını atan komandada futbolçular üçün yaş məhdudiyyəti olmayacaq.

Komandanın hələlik İsveçin hansı liqasında çıxış edəcəyi məlum deyil.

Xəbər 758 dəfə oxundu.