Futzal üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinala start verilib.

Ilk finalçının adına İran – Rusiya matçında aydınlıq gəlib. Rusiya 4:3 hesabı ilə qalib gələrək tarixində ilk dəfə həlledici matça vəsiqə qazanıb.

Qeyd edək ki, ikinci yarımfinalçı bu gün keçiriləcək Argentina – Portuqaliya görüşündə müəyyənləşəcək.

Xəbər 724 dəfə oxundu.