Neftçinin əsas heyətinin üç futbolçusu milli komandada
"Neftçi”nin əsas heyətinin 3 futbolçusu - Məqsəd İsayev, Fəhmin Muradbəyli və Rahil Məmmədov Azərbaycan U-21 milli komandasına cəlb olunublar. Yığmaya çağırılanlar arasında "Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Ramiz Əhmədov da var.

Oktyabrın 2-dən 6-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcək yığma Avropa çempionatının seçmə mərhələsi gələn ayın 7-də Helsinki şəhərində Finlandiya ilə qarşılaşacaq.

Xəbər 781 dəfə oxundu.