Tomas Bax Rusiya atletlərinin sanksiyaya məruz qalmasının əsl səbəbini bilmir
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax üçün Rusiya atletlərinə Rio Yay Olimpiya Oyunlarında iştirakına hansı səbəbdən sanksiya qoyulması məsələsi qaranlıq qalıb.

Qurum rəsmisi belə bir maraqlı açıqlamanı Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində bildirib: “Rusiya idmançılarının anti-dopinq sistemi şübhəsi ilə Yay Olimpiya Oyunlarından kənarlaşdırılması məsələsi mənə bu vaxtadək anlaşılmaz qalıb. Hətta qayda pozuntusu aşkarlansa belə, bunlar federasiya daxilində olunub. Yay Olimpiya Oyunlarında iştirak edən atletlərlə bunun heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, Rusiya idmançılarının “Rio-2016”da iştirak hüququ məhz Ümumdünya Anti-dopinq Agentliyinin (WADA) müstəqil komissiya rəhbəri Riçard Maklaren tərəfindən hazırlanan dopinq fırıldağına dair məruzə əsasında məhdudlaşdırılmışdı. Bu məruzəni rəhbər tutan WADA isə Beynəlxalq Olimpiya Komitəsinə Rusiya atletlərinin nəhəng turnirdən kənarlaşdırılmasını təklif etmişdi.

Xəbər 853 dəfə oxundu.