Azərbaycan–Ukrayna Beynəlxalq Alyansının sədri “Neftçi”nin fan-klub prezidenti təyin edilib
Azərbaycan–Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov yeni təyinat alıb.

O, bu ölkədə “Neftçi” futbol klubunun azarkeşlərlə iş üzrə fan-klub prezidenti vəzifəsinə seçilib.

Artıq klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Neftçi” adının Ukrayna ərazisində istifadəsinə dair razılıq verən məktub ünvanlayıb. Məlum olub ki, layihənin əsas məqsədi həmyerlilərimizin rəhbərliyi ilə əlavə struktur yaradılması və bunun Ukraynada yaşayan azərbaycanlıların arasında əlaqə və birliyə xidmət göstərməsinə hədəflənib.

Xəbər 759 dəfə oxundu.