“№11 İsgəndər Cavadov” kitabının təqdimatı olacaq
Altmış yaşını qeyd edən Azərbaycan futbolunun tanınmış nümayəndəsi, “Neftçi” klubunun canlı əfsanəsi İsgəndər Cavadovun həyatından və karyerasından bəhs edən kitab hazırlanıb.

Avtobioqrafik xarakter daşıyan kitab “№11 İsgəndər Cavadov” adlanır. Həm Azərbaycan, həm də rus dilində nəşr olunan kitabda məşhur hücumçu haqda indiyədək bilmədiyimiz və eşitmədiyimiz faktlar toplanıb. Kitabda onun həyatı, futbolçu karyerası, SSRİ dövründə "Neftçi" klubunda baş verənlər barədə düşüncələri dolğun şəkildə oxuculara təqdim olunur.

Kitabın müəllifi ATV kanalının jurnalisti Sənan Şəfizadə, redaktoru Mahir Rüstəmlidir.

Xəbər 716 dəfə oxundu.