Kazbek Tuayev qohumunu yığmaya gətirdi
AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayevin qohumu Azərbaycan milli komandasına dəvət alıb. İdman.com.az saytının xəbərinə görə, bu, Soslan Tuayevdir. O, Rusiyanın Vladiqafqaz şəhərini təmsil edən “Alaniya”nın futbol məktəbində çıxış edir. Həmyerlimiz 19 yaşlılardan ibarət yığmamızın fevralın 26-da start götürəcək seleksiya xarakterli təlim-məşq toplantısına çağırılıb.

Kazbek Tuayev lent.az-a açıqlamasında Soslan Tuayev adlı qohumunun olduğunu təsdiqləyib. Lakin o, Soslanla necə qohum olmasını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, 19 yaşlılardan ibarət yığmamızın hazırlıği fevralın 29-dək davam edəcək.

Xəbər 2864 dəfə oxundu.