Millimizin forvardı DÇ-nin üç ən sərrast oyunçusu arasında
Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Tyaqu Kolumbiyada keçirilən dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Portuqaliyaya qarşı oyunda vurduğu qolla bombardirlər yarışında üçüncü pilləyə yüksəlib. Onun hesabında 7 qol var.

Yığmamızın qapıçısı Rövşən Hüseynli Portuqaliya ilə qarşılaşmanı cəza səbəbindən buraxmalı olsa da, etdiyi seyvlərin sayına (64) görə hələ də birincidir. O, sadəcə, ümumi göstəriciyə görə argentinalı qapıçı Nikolas Sarmientudan geri qalır.

Qeyd edək ki, millimiz Portuqaliya ilə görüşdə 2:3 hesabıyla uduzaraq DÇ-də mübarizəni dayandırıb.

Xəbər 716 dəfə oxundu.