Neftçi Sumqayıtla üz-üzə gələcək
Bu gün Topaz Premyer Liqasında 6-cı tura yekun vurulur. Son oyun günündə bir görüş baş tutacaq.

Uğursuz çıxışı ilə diqqət çəkən və turnir cədvəlinin alt pillələrində qərarlaşan iki komanda - "Neftçi" və "Sumqayıt" Masazırda üz-üzə gələcək.

Topaz Premyer Liqası
6-cı tur
27 sentyabr (çərşənbə axşamı)

19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.
Masazır. “Əlincə Arena”.

Turun digər oyunları: AZAL - “İnter” - 1:3, “Kəpəz” - “Qarabağ” - 1:1, “Zirə” - “Qəbələ” - 0:2.

Xəbər 794 dəfə oxundu.