Azərbaycan millisi futzal üzrə dünya çempionatında çıxışını başa vurub
Azərbaycan milli komandası Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında çıxışını başa vurub.

1/4 final mərhələsində Kali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində Portuqaliya yığması ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb.

Xatırladaq ki, dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn millimiz, İspaniya komandasına 2:4 hesabı ilə məğlub olmuş, iranlı futzalçılarla isə heç-heçə etmişdi – 3:3. Komandamız 1/8 final mərhələsində Tailand yığmasına 13:8 hesabı ilə qalib gəlmişdi.

Xəbər 756 dəfə oxundu.