Legionerimizi milliyə buraxmadılar
Türkiyənin “Sivasspor” klubunun futbolçusu Cihan Özqara Azərbaycan milli komandasının Dubayda keçirilən təlim-məşq toplanışına qatılmayıb. İdman.com.az saytının məlumatına görə, buna səbəb FİFA-nın əsasnaməsidir. Belə ki, dünya futbol qurumunun qaydalarına əsasən klub futbolçusunu millinin yoxlama oyununa yalnız 2 gün qalmış buraxa bilər. Yığmamızın bu gün Sinqapur, 27-də Hindistanla keçirəcəyi oyunlar isə ümumiyyətlə FİFA pəncərəsinə daxil deyil.

Ayın 29-dakı Fələstinlə qarşılaşmaya 2 gün qalmış Sivas təmsilçisinin düşərgəsini tərk edə biləcək milliləşən legionerimiz, yalnız son matçda iştirak etmək imkanı qazanacaq. Həmin oyuna qədər isə Cihan Superliqanın fevralın 26-da “Gənclərbirliyi” ilə fevralın 26-da baş tutacaq qarşılaşmasında oynaya bilər.

Xəbər 845 dəfə oxundu.