“Azərreyl” voleybol klubu növbəti transferini rəsmiləşdirib
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti transferini rəsmiləşdirib.

Klub Macarıstan millisinin 29 yaşlı blokçusu Edina Dobi ilə birillik müqavilə imzalayıb.

“Azərreyl” Dobidən öncə “Azəryol”la müqaviləsi başa çatan Aynur Kərimova, Ceyran Əliyeva və Şəfaqət Həbibova ilə anlaşıb. Komanda Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb.

Baş məşqçi postu Famil Ağayevə həvalə olunub.

Xəbər 873 dəfə oxundu.