“Azəryol” klubu Azərbaycan millisinin voleybolçusunu heyətinə cəlb edib
Bakının qadın voleybolçulardan ibarət “Azəryol” klubu daha bir transferini reallaşdırıb.

Bakı təmsilçisi “Lokomotiv” klubunun liberosu Oksana Kiselyovanı heyətinə cəlb edib. Azərbaycan millisinin şərəfini qoruyan 24 yaşlı voleybolçu növbəti 1 ildə sabiq komandasının şərəfini qoruyacaq.

O.Kiselyova 2014-cü ildə məhz “Azəryol”dan “Lokomotiv”ə keçmişdi.

Xəbər 873 dəfə oxundu.