Foqts bəzi jurnalistlərimizə barmaq silkələdi: «Məsələ öz həllini hüquqi müstəvidə tapacaq»
“Son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi mətbuat orqanlarında şəxsiyyətimi təhqir etməyə yönəlmiş, həqiqətə uyğun olmayan məlumatlar yer alıb”. İdman.com.az saytının məlumatına görə, bu sözü Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis bəzi mətbu orqanlarda onunla bağlı yayılan dezinformasiyalarla əlaqədar affa.az saytına fikirlərini bildirib: “Bununla əlaqədar artıq Almaniyadakı vəkilimlə əlaqə saxlamışam və bildirirəm ki, haqqımda yayılan dezinformasiyalarla bağlı məsələ öz həllini hüquqi müstəvidə tapacaq”.

Xəbər 1020 dəfə oxundu.