“Kəpəz” - “Qarabağ” matçı heç-heçə başa çatıb
Sentyabrın 25-də Azərbaycan Premyer Liqasında altınci turun görüşləri davam edib.

İkinci oyun gününün ilk görüşü Gəncədə oynanılıb. “Kəpəz” klubu son çempion “Qarabağ”la üz-üzə gəlib.

Belə ki, on dörd ildir rəqibinə qalib gələ bilməyən Gəncə təmsilçisi bu dəfə də Ağdam klubundan yalnız bir xal almağı bacarıb. Gəncə səfərində bərabərə qalan Qurban Qurbanovun komandası isə bir xalla kifayətlənməli olub-1:1.

Hər iki qol matçın ikinci hissəsində vurulub. Əvvəlcə, meydan sahibinin heyətində Dario Federiko 54-cü dəqiqədə hesabı açıb -1:0. “Qarabağ” 75-ci dəqiqədə Reynaldonun qolu ilə hesabı bərabərləşdirib -1:1. Görüşün sonuna yaxın tərəflərin hesabı artırmaq üçün bir neçə imkanı olsa da, sonda tabloda rəqəmlər dəyişməyib.

Beləliklə, heç-heçə sayəsində xal ehtiyatını 13-ə çatdıran “Qarabağ” üçüncü pillədə mövqeyi dəyişməyib. “Kəpəz” isə 7 xalla dördüncü pillədə qalıb.

Xatırladaq ki, günün ikinci matçında ötən mövsümün mükafatçıları “Zirə” ilə “Qəbələ” qarşılaşacaq.

Xəbər 786 dəfə oxundu.