“Qəbələ” “Zirə”yə qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib
Azərbaycan Premyer Liqasında altınci turun növbəti matçı keçirilib.

İkinci günün son görüşü Bakıda oynanılıb. “Zirə” komandası “Qəbələ”ni qəbul edib.

Səkkiz oyundur qapısında qol görməyən Roman Qriqorçukun yetirmələri ardıcıl dördüncü qələbəsini qazanaraq çempionatın şəriksiz lideri olub.

Ardıcıl üç turdur xal qazana bilməyən Adil Şükürovun komandası isə evdə “Qəbələ”yə məğlub olmaqla liderlərdən aralaşıb.

Teo Uiks oyunun 19 və 76-cı dəqiqələrdə dubl edərək komandasını turnir cədvəlinin zirvəsinə yüksəldib – 2:0.

“Qəbələ” bu görüşdə top buraxmamaq seriyasına görə Azərbaycan çempionatında yeni rekord müəyyənləşdirib.

Beləliklə, qalibiyyət sayəsində aktivindəki xallarını 15-ə çatdıran “Qəbələ” birinci pillədə qərarlaşıb. “Zirə” isə 6 xalla altıncı sırasını dəyişməyib.

Tura sentyabrın 27-də keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Xəbər 777 dəfə oxundu.