Kəpəz Gəncəyə sabah yola düşəcək
Topaz Premyer Liqasının 6-cı turunun oyunları çərçivəsində Gəncədə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı matçla bağlı hazırlığın Bakı mərhələsini yekunlaşdırıb. Bu gün paytaxtda son məşqini keçirən “sarı-göylər” sabah Gəncəyə gələcək.

Komanda Ağdam klubu ilə görüş öncəsi sonuncu məşqə oyunun keçiriləcəyi şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-a təyin olunub. Məşq azarkeşlər və mətbuat üçün açıq olacaq.

Xəbər 671 dəfə oxundu.