Azərbaycan gimnastları Olimpiya çempionu Yevgeni Podqornının mükafatlarına sahib olublar
Novosibirskdə idman gimnastikası üzrə Olimpiya çempionu Yevgeni Podqornının mükafatları uğrunda 11-ci Ümumrusiya turniri keçirilir.

Azərbaycan gimnastları turnirdə uğurla çıxış edirlər. Gənc gimnastımız Əli Xəlilov turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hüseyn Xəlilov isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, builki turnirə Rusiyanın bütün regionlarının, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər xarici ölkələrin ən güclü gimnastları qatılıblar. Çin komandası bu turnirdə ilk dəfə iştirak edir.

Yarışa sentyabrın 24-də yekun vurulacaq.

Xəbər 857 dəfə oxundu.